- Dünyanın halı
- 7 Dekabr 16:16
- 2 300
Rusiya Ukraynada Peçenej su anbarının bəndinə zərbə endirib
Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
Aznews.az xəbər verir ki, bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib.
Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.
Peçenej su anbarı Şimalı Dones çayı üzərində yerləşir və regionun əsas hidrotexniki obyektlərindən biri hesab olunur.