- Dünyanın halı
- 19:48
- 1 079
Lukaşenko: 2026-cı ildə Aİİ-yə sədrlik Qazaxıstana keçəcək
Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarında sədrlik 2026-cı ildə Qazaxıstan tərəfinə keçəcək.
Aznews.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclasında bildirib.
"Gündəliyin mühüm məsələlərindən biri - birliyimizin orqanlarında 2026-cı ildə sədrlik məsələsidir. Qaydaya uyğun olaraq bu şərəfli hüquq Qazaxıstan Respublikasına keçir. Əminəm ki, Astananın sədrliyi, həmişə olduğu kimi, Avrasiya iqtisadi inteqrasiyasının inkişafına yeni güclü təkan verəcək", - deyə o bildirib.