İranın HDQ komandanı: Dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilmişik

İran regionda və həmçinin onun xaricində dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.

Aznews.az xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani deyib.

Onun sözlərinə görə, İranın 103 və 104-cü eskadraları xarici missiyalarını yerinə yetirmək üçün Cənubi Afrikaya doğru irəliləyirlər. Şəhram İrani bildirib ki, məqsəd ticarət gəmilərini müşayiət etməkdir.

"Seyid Əli Xameneinin tövsiyyəsi ilə İranın HDQ-si BRICS birgə təlimində də iştirak edəcək" , - İrani bildirib.