- Dünyanın halı
- 15:25
- 1 048
Tayvanın şərqində 5,1 bal gücündə zəlzələ qeydə alınıb
Tayvanın şərq sahilində yerləşən Hualien vilayətinin açığında 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində hər hansı can itkisi və ya maddi ziyan qeydə alınmayıb.
Tayvanın Mərkəzi Meteorologiya Bürosunun (CWA) açıqlamasına görə, episentri Hualien vilayət mərkəzindən 18,3 kilometr şimal-şərqdə yerləşən zəlzələ təxminən 31,6 kilometr dərinlikdə baş verib.
5,1 bal gücündə olan yeraltı təkanlar Hualien və onun şimalında yerləşən Yilan vilayətindəki yaşayış məntəqələrində hiss olunub.
Zəlzələdən sonra itki və ya dağıntı barədə məlumat verilməyib.
Mövsüm,
AzNews.az