Çexiyanın XİN başçısı Ukraynada səfərdədir

Çexiyanın xarici işlər naziri Petr Matsinka Ukraynada səfərdədir.

Aznews.az xəbər verir ki, bu barədə Çexiyanın "ČT24" telekanalı məlumat yayıb.

"Matsinkanı bu səfərdə AUTO-dan olan deputat Filip Turk müşayiət edir. Rəhbərlər səfərdən əvvəl razılaşıblar ki, onların ümumi vəzifəsi münasibətlərin yaxşılaşdırılması üzərində işləməkdir", - məlumatda deyilib.

Qeyd olunub ki, Rusiyanın hücumu səbəbindən Çexiya XİN başçısının qatarı Kiyevə gecikmə ilə çatıb.