Liviyada 2010-cu ilin Nokia sifarişi 16 ildən sonra çatdırıldı

Liviyada maraqlı bir hadisə ölkədə illərdir davam edən qeyri-sabitliyi bir daha gündəmə gətirib. Bir libiyalı telefon satıcısı 2010-cu ildə verdiyi Nokia markalı mobil telefon sifarişini yalnız 16 il sonra təhvil ala bilib.

2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbindən logistika xətlərinin çökməsi, gömrüklərin fəaliyyətini dayandırması və təhlükəsizlik problemləri sifarişlərin illərlə anbarlarda qalmasına səbəb olub.

Nəhayət mağazaya çatdırılan köhnə modellər həm təəccüb, həm də gülüş doğurub. Satıcı qutuları açaraq “Bunlar telefon deyil, tarixi eksponatdır” deyə zarafat edib. Sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda geniş maraq qazanıb.

Hadisə təkcə nostalji deyil, eyni zamanda Liviyada müharibə və xaosun gündəlik həyata uzunmüddətli təsirini də açıq şəkildə göstərib.

Mövsüm,

AzNews.az