Qazaxıstan Qəzza Sülh Komitəsinə dəvət edildi

Qəzzada HƏMAS və İsrail arasında imzalanan atəşkəs razılaşmasının ikinci mərhələsi çərçivəsində bölgədə sabitlik və sülhü idarə etmək üçün yaradılan Qəzza Sülh Komitəsinin üzvlərinin siyahısı dəqiqləşdirilir.

ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi şuraya daha bir lideri dəvət edib.

Qazaxıstan Prezidentinin sözçüsü Ruslan Jeldibay jurnalistlərə Qazaxıstanın Qəzza Sülh Komitəsinin təsisçi üzvü kimi iştirak etmək üçün Ağ Evdən rəsmi dəvət aldığını təsdiqləyib.

Jeldibay bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəvəti qəbul edib və bununla da Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadı gücləndirmək və qlobal sabitliyə mənalı töhfə vermək öhdəliyini təsdiqləyib.

Mövsüm,

AzNews.az