İspaniyada üçgünlük matəm elan edilib

İspaniyanın Baş naziri Pedro Sançes Adamus şəhərində qatarların toqquşması nəticəsində azı 39 nəfərin həlak olması ilə əlaqədar üçgünlük matəm elan edib.

Aznews.az xəbər verir ki, faciə yerinə baş çəkən hökumət başçısı qəzanın səbəblərinin tam şəffaflıqla açıqlanacağına əmin olduğunu deyib.

"Biz həqiqəti, cavabı öyrənəcəyik", - baş nazir bildirib.

Sançes həmçinin həlak olanların ailələrinə lazımi yardımın göstəriləcəyini vəd edib.

Qeyd edək ki, İspaniyanın Adamus şəhərində 300 sərnişinlə Malaqadan Madridə gedən "Iryo" qatarının bir neçə vaqonu relsdən çıxaraq əks istiqamətdə 184 sərnişinlə Huelva şəhərinə doğru hərəkət edən "Alvia" qatarı ilə toqquşub. Faciə nəticəsində 39 nəfər həlak olub.