Rusiya və ABŞ rəsmiləri sabah İsveçrədə görüşəcək

Ukraynadakı müharibəyə son qoymaq üçün bir müddətdir danışıqlar aparan Amerika rəsmiləri ilə Rusiya arasında növbəti danışıqlar raundu ilə bağlı iddia ortaya atılıb.

Axios xəbər saytının jurnalisti Barak Ravid ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

Məsələ ilə tanış mənbələrin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni Cared Kuşner ilə görüşəcək.

Mövsüm,

AzNews.az