Qəzzanın bərpası ilə bağlı planlar açıqlandı

Regionda üç il ərzində 2-3 milyon əhalisi olan şəhərlər inşa olunacaq.

Bu barədə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərində Qəzza üzrə “Sülh Şurası”nın nizamnaməsinin rəsmi imzalanma mərasimində çıxışı zamanı danışıb.

Kușner qeyd edib ki, Qəzzada tərksilahla bağlı razılaşma imzalanıb və bu razılaşmanın icrası təmin olunacaq.

“Bizim bir planımız var. Razılaşma imzalanıb və bu prosesdə iştirak edən hər kəs onun uğurla həyata keçirilməsinə sadiqdir”.

Onun sözlərinə görə, mövcud baş plan mərhələli şəkildə bütün Yaxın Şərq regionunda icra olunacaq. Kuşner vurğulayıb ki, regionda üç il ərzində 2-3 milyon əhalisi olan şəhərlərin inşası mümkündür.

“Bu cür layihələr tamamilə reallaşdırıla biləndir, yetər ki, biz bunu həyata keçirməyə qərar verək”, - o vurğulayıb.

Aznews.az