- Dünyanın halı
- 09:33
- 1 194
İndoneziyada torpaq sürüşməsi zamanı 7 nəfər ölüb
İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi olub.
Aznews.az xəbər verir ki, nəticədə 7 nəfər ölüb, 82 nəfər itkin düşüb.
Bildirilib ki, ərazidə güclü yağışlar müşahidə olunur.
Torpaq sürüşməsi Qərbi Bandung bölgəsində yerləşən bir kənddə baş verib.