Pakistanın Lahor şəhərinin Gülberq ərazisində yerləşən hoteldə yanğın baş verib.
Aznews.az Pakistan mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində azı iki nəfər həlak olub.
Yanğın hotelin zirzəmisində baş verib.
Bildirilib ki, 180 qonaq və 100 işçi olmaqla ümumilikdə 280 nəfər xilas edilib.