Misir Somaliyə hərbi qüvvə göndərir

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Afrika Birliyinin Somali Keçid Missiyasına (ATMIS) qoşularaq Somali ərazisinə hərbi qüvvə yerləşdirmək istədiyini açıqlayıb.

Misir Prezident Administrasiyasının yaydığı məlumata görə, Prezident əs-Sisi rəsmi səfər çərçivəsində Misirə gələn Somali Prezidenti Həsən Şeyx Mahmudu Qahirədəki Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb. Liderlər əvvəlcə təkbətək görüş keçirib, daha sonra nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Görüşlər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması, hava və dəniz nəqliyyatı xətlərinin ortaq inkişaf məqsədlərinə uyğun şəkildə qiymətləndirilməsi məsələlərinin müzakirə edildiyi bildirilib. Danışıqlardan sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Prezident əs-Sisi Misirin Afrika Birliyinin Somali Keçid Missiyasına qoşulmağı və bu missiya çərçivəsində Somali ərazisinə hərbi qüvvə yerləşdirməyi hədəflədiyini bildirib. O qeyd edib:

“Danışıqlarımızda Misirin ATMIS-ə iştirakı məsələsini də müzakirə etdik. Cənab Prezident Mahmuda Misirin Afrika qitəsinə sadiqliyi və qardaş Somali dövlətində təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlik qətiyyətini nəzərə alaraq, missiya çərçivəsində öz qüvvələrini yerləşdirmək istədiyini təsdiqlədim”.