- Dünyanın halı
- 12:39
- 1 469
Cənubi Koreyada iki hərbi helikopteri qəzaya uğrayıb
Cənubi Koreyada helikopter qəzası baş verib.
Ölkədə təlim uçuşu üçün havaya qalxan hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb.
Cənubi Koreya mediasının hərbi mənbələrə istinadən verdiyi məlumata görə, 15-ci Hava Qrupu Komandanlığına məxsus AH-1S Cobra helikopteri yerli vaxtla təxminən saat 09:45-də adi təlim uçuşu üçün havaya qalxıb.
Vertolyot saat 11:04-də Seuldan təxminən 55 kilometr şimal-şərqdə, Qapyeong bölgəsində, hələlik dəqiq bilinməyən bir səbəbdən qəzaya uğrayıb.
Vertolyotda olan iki əsgər huşsuz vəziyyətdə xəstəxanaya aparılsa da, onları xilas etmək mümkün olmayıb.
Bildirilib ki, qəza zamanı heç bir yanğın və ya partlayış baş verməyib.
Cənubi Koreya ordusu qəzadan sonra AH-1S helikopterlərinin bütün uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Diplomatik danışıqlar üçün Səudiyyə Ərəbistanında olan Cənubi Koreyanın müdafiə naziri An Qyu-bak hərbi rəsmilərə hadisəni hərtərəfli araşdırmaq və lazımi tədbirlər görmək tapşırığı verib.
Mövsüm,
AzNews.az