İraqda neft emalı zavodunda yanğın baş verib: Ölənlər var

İraqın Səlahəddin əyalətinin Baiji şəhərində yerləşən Səlahəddin-2 neft emalı zavodunda yanğın baş verib.

Mülki müdafiə qrupları yanğına müdaxilə edib.

İraq rəsmi xəbər agentliyi INA-nın verdiyi məlumata görə, neft emalı zavodundakı yanğın benzin emalı hissəsində başlayıb və mülki müdafiə qrupları yanğını dərhal nəzarət altına alıb.

Xəbərdə Səlahəddin-2 Neft Emalı Zavodunda baş verən yanğında bir nəfərin öldüyü, altı nəfərin yaralandığı və müvafiq orqanların hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.

Mövsüm,

AzNews.az