- Dünyanın halı
- 16:35
- 1 362
Suveydada məhbus mübadiləsi: Hər iki istiqamətdə 86 nəfər azadlığa buraxılıb
Suriyanın cənubundakı Suveyda əyalətində baş tutan əsir mübadiləsi Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında həyata keçirilib.
Mübadilənin bir hissəsi olaraq, Suriya hökuməti 61 nəfəri azad edib, İsrail tərəfindən dəstəklənən Druz lideri Hikmət əl-Həcriyə sadiq qruplar isə əvvəllər əsirlikdə saxladıqları 25 nəfəri azad ediblər.
Mülki müdafiə qrupları azad edilənlərin sağlamlıq yoxlamalarını aparmaq üçün Süveydanın şimalındakı Əlmutanah nəzarət məntəqəsində iştirak edib. Geniş təhlükəsizlik tədbirləri altında həyata keçirilən proses tərəflərin qarşılıqlı təhvil verilməsi ilə başa çatıb.
13 iyul 2025-ci ildə Suveydada bədəvi ərəb qəbilələri ilə druz silahlı qrupları arasında toqquşmalar başladı, nəticədə çoxsaylı insan həlak oldu və bir çox insan qaçırılmışdı.
Bölgəyə yerləşdirilən Suriya təhlükəsizlik qüvvələrinə də druz qrupları hücum edib və nəticədə onlarla əsgər həlak olub. Tərəflər arasında əldə edilən atəşkəs tez bir zamanda pozulub.
Münaqişə qızışdıqca, İsrail Hərbi Hava Qüvvələri 16 iyulda Dəməşqdəki prezident sarayını, Baş Qərargahın qərargahını və Müdafiə Nazirliyini hədəf aldı. Həmin gün Suveydada hökumət və yerli qruplar arasında yenidən atəşkəs əldə edilsə də, İsrail döyüş təyyarələri Dəməşq və Dəraa ətrafında hücumlarını davam etdirdi.
Diplomatik təşəbbüslərin bir hissəsi olaraq, Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, İordaniya xarici işlər naziri Ayman Səfadi və ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak sentyabrın 16-da Dəməşqdəki Tişrin Sarayında görüşdülər. Görüşdən sonra Suveydadakı hadisələrlə bağlı birgə yol xəritəsinin razılaşdırıldığı elan edildi.
Yol xəritəsi mülki əhaliyə zərər verən şəxslərin beynəlxalq koordinasiya yolu ilə araşdırılması, humanitar və tibbi yardımın fasiləsiz çatdırılmasının təmin edilməsi, zərər çəkənlərə kompensasiyanın verilməsi və məcburi köçkünlərin geri qayıtmasının asanlaşdırılması kimi tədbirləri əhatə edirdi.
Mövsüm,
AzNews.az