Marko Rubio gələn həftə İsrailə səfər edəcək

İsrail ordusu bölgədəki qonşularına yönəlik təhdidlərini davam etdirərkən, ABŞ ilə İran arasında artan gərginlik prosesi daha da qeyri-müəyyən edir.

ABŞ və İran arasında aparılan danışıqların üçüncü raundu da nəticəsiz başa çatıb. Dördüncü raundun isə Vyanada keçiriləcəyi açıqlanıb.

Hadisələr yaxından izlənildiyi bir vaxtda diqqətçəkən bir açıqlama verilib.

Rubio İsrailə gedir

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, ABŞ dövlət katibi Marco Rubio 2–3 mart tarixlərində İsrailə səfər edəcək. Bildirilir ki, səfər çərçivəsində İran, Livan və Qəzza məsələləri müzakirə olunacaq.

Qəzza və Livan gündəmdə

Görüşlərdə Qəzzanın yenidən qurulması prosesinin detallı şəkildə müzakirə ediləcəyi gözlənilir. Eyni zamanda Livan ilə İsrail arasında yaşanan gərginlik əsas gündəm maddələrindən biri olacaq.

İranla nüvə danışıqları

Bundan başqa, İranla yaşanan nüvə anlaşmazlığı və atılacaq addımların da müzakirə ediləcəyi bildirilib. Bəzi mənbələr ABŞ və İsrailin bu məsələdə koordinasiyalı şəkildə hərəkət etdiyini iddia edir.

Mövsüm,

AzNews.az