İranlı aktivist: “İsrail və ABŞ-ın hücumları İran xalqı üçün azadlıq ümididir”

ABŞ və İsrailin İrandakı hərbi obyektlərə qarşı həyata keçirdiyi hava əməliyyatlarından sonra, tanınmış iranlı aktivist Aida Makvandi Sözcü TV-nin canlı yayımına qoşulub. Makvandi, xarici müdaxilənin İran cəmiyyətində necə qarşılandığı barədə beynəlxalq medianın gündəmini dəyişəcək açıqlamalar verib.

​Sözcü TV aparıcısının suallarını cavablandıran Makvandi, ​"Bəlkə kənardan müharibə dəhşətli görünə bilər, amma biz iranlılar bu günü illərdir bir qurtuluş şansı kimi gözləyirdik. Sonuncu aksiyalarda rejim minlərlə insanı öldürdü, sizlərin bildiyindən qat-qat daha çox insan öldü".

​Aktivist vurğulayıb ki, İran daxilindəki gizli mənbələrdən və xalq arasından gələn məlumatlar insanların bu hərbi müdaxiləni məmnuniyyətlə qarşıladığını göstərir. Makvandi, İrandakı mövcud hakimiyyətin onilliklərdir öz vətəndaşlarına qarşı daxili repressiya apardığını və bu xarici zərbələrin həmin zülm zəncirini qıra biləcəyinə dair xalq arasında böyük inam olduğunu ifadə edib.

“Biz bu hücumları rejimin sonunun başlanğıcı və azadlığa açılan qapı hesab edirik”.

Mövsüm,

AzNews.az