İsrail: Hökumət əleyhinə etiraz qrupları bu gecəki nümayişləri ləğv etdilər

Hökumət əleyhinə etiraz qrupları bu axşam keçirilməsi planlaşdırılan həftəlik nümayişləri ləğv etdiklərini açıqlayıblar. Qərar İsrail və ABŞ arasında İranla qarşılıqlı zərbələrin baş verməsi fonunda qəbul olunub.

“Ölkəmizdə Azadıq” (Hofshi Be’Artzenu) adlı etiraz hərəkatı bəyan edib:

“Biz İsrail Dövlətini qorumaq üçün mübarizə aparan hərbçiləri və bütün təhlükəsizlik qüvvələrini dəstəkləyirik.”

Qrup həmçinin bütün vətəndaşları İsrail Müdafiə Qüvvələrinin (IDF) Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.

Mövsüm,

AzNews.az