Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Aznews.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.

"Mühüm görüşlər planlaşdırılıb. Biz dəstəyi qiymətləndiririk və təhlükəsizlik naminə bizimlə birlikdə işləməyə hazır olanları dəstəkləyirik", - Ukrayna lideri detalları açıqlamadan yazıb.

Daha əvvəl xəbər verilmişdi ki, Ukrayna Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarından müdafiənin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir.