- Dünyanın halı
- 19:29
- 2 190
Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib
Yaponiyanın şimal-şərqində 6,5 maqnitudalı zəlzələ baş verib.
Aznews.az xəbər verir ki, Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:18-də (Bakı vaxtı ilə 18:18-də) Morioka şəhərindən (İvate prefekturası, Honşu adası) 173 km şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.