Tramp nazirlərini topladı, Heqtes bəyan etdi: "Mən bombalarla müzakirə aparıram" - SON ANDA

Tramp İranın "yeni bir yol çəkmək" şansının olduğunu bildirib.

AzNews.az xəbər verir ki, Tramp cümə axşamı Nazirlər Kabinetinin iclasında bu barədə danışıb.

O deyib: "Lakin ABŞ bu müddət ərzində onları darmadağın edəcək: "Onlar heç nə edə bilməzlər. Əgər bacarsaydılar, siz də bu barədə eşidərdiniz".

Tramp həmçinin İranın 15 maddəlik sülh təklifini rədd etməsi barədə xəbərlərdən sonra İranın razılaşma üçün yalvardığını bildirib.

Tramp iddia edib ki, İran qəti şəkildə məğlub olub.

O, həmçinin İranla razılaşma axtaran şəxsin özü olduğuna dair məlumatları da təkzib edib.

ABŞ Müdafiə Nazirinin çıxışı isə Trampın mövqeyini daha aydın ortaya qoyub. Savaş naziri Pit Heqset bildirib:

"Dünyanın ən bacarıqlı diplomatları bizdədir, yaxşı müzakirələr aparırlar. Ancaq mən Müharibə Naziriyəm və istənilən məsələni bombalarla müzakirə edirəm"!

AzNews.az