- Qərb
- 01:41
- 1 595
Tramp martın 28-də İrana atəşi dayandıracaq - İsrail telekanalı
İsraildə yayımlanan Kanal 12 televiziya kanalı bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmasa belə, 28 mart şənbə günü atəşkəs elan edə bilər.
AzNews.az-ın məlumatına görə, xəbərin davamında qeyd olunur ki, İsraildə Trampın şənbə günü atəşkəs elan edə biləcəyi ilə bağlı ehtimallar müzakirə olunur.
Məlumata görə, İsraildə belə hesab edilir ki, İranla yekun və qəti razılaşma əldə olunmasa belə, Tramp 28 mart şənbə günü atəşkəs elan edə bilər.
Bu ssenariyə hazırlıq çərçivəsində siyasi və təhlükəsizlik dairələrində yüksək vəzifəli şəxslərin “müharibədə əldə olunan nəticələrin maksimum dərəcədə istifadə olunması” məsələsində razılığa gəldiyi bildirilir. Xəbərdə həmçinin iddia olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahunun evində keçirilən iclasda ABŞ “əl əyləcini çəkmədən əvvəl” İsrailin həyata keçirməli olduğu hədəflərin prioritet sırası müəyyənləşdirilib.
Əlavə olaraq qeyd edilir ki, əgər belə bir “frenləmə” baş verərsə, İsrail hədəflərinə çatmaq üçün dərhal hərəkətə keçəcək. Əgər atəşkəs baş tutmasa və hücumlar davam etsə, həmin hədəflər mərhələli şəkildə həyata keçiriləcək və yeni hədəflər müəyyən olunacaq.
AzNews.az