Hörmüz boğazında üç gəmi atəşə tutuldu; İran onlardan ikisini ələ keçirdi

Dünyanın ən kritik enerji və ticarət keçid nöqtələrindən biri olan Hörmüz Boğazında gərginlik yenidən yüksəldi. Beynəlxalq dənizçilik qurumlarının açıqlamalarına görə, bölgədə hərəkətdə olan üç ayrı gəmi silahlı hücuma məruz qalıb, İran isə iki gəmini ələ keçirdiyini açıqlayıb.

3 GƏMİYƏ SİLAHLI MÜDAXİLƏ

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti (UKMTO) tərəfindən verilən məlumata görə, bölgədə üç ayrı gəmi hədəfə alınıb. Liberiya bayrağı altında üzən konteyner gəmisinin Oman sahilləri yaxınlığında hücuma məruz qalaraq zərər gördüyü bildirilib.

Gəmi kapitanı İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli hücum katerinin gəmiyə yaxınlaşdığını və daha sonra atəş açıldığını qeyd edib. Hadisə zamanı ekipaj üzvlərinin zərər görmədiyi bildirilib.

DİGƏR GƏMİLƏRDƏ ZƏRƏR YOX

UKMTO məlumatına əsasən, Panama bayrağı altında üzən və Birləşmiş Ərəb Əmirlikləri mənşəli şirkət tərəfindən idarə olunan “Euphoria” adlı gəmiyə də atəş açılıb, lakin gəmidə heç bir zərər qeydə alınmayıb.

Bundan əlavə, “Francesca” adlı digər konteyner gəmisinin də hədəfə alındığı, lakin bu gəmidə də ekipajın təhlükəsiz olduğu bildirilib.

Mövsüm,

Aznews.az