İndoneziya bu boğazdan rüsum almağı PLANLAŞDIRIR

İndoneziyanın maliyyə naziri Purbaya Yudhi Sadeva bildirib ki, “qlobal ticarət və enerjinin əsas marşrutlarından biri üzərində yerləşsək də, Malakka Boğazından keçən gəmilərdən ödəniş alınmır”.

O qeyd edib ki, bu plan "Prabowo Subianto"nun ölkəni qlobal ticarətdə mühüm aktora çevirmək hədəfi ilə uyğunlaşır. Lakin sahilyanı ölkələrlə razılığın çətinliyi və mümkün reaksiyalar səbəbindən bu təşəbbüsün yaxın zamanda reallaşmasının ehtimalı azdır.

Malakka Boğazına sahilyanı digər ölkə olan Sinqapurun mövqeyi isə fərqlidir. Vivian Balakrişnan bildirib: “Keçid hüququ hamı üçün təmin olunub. Bizim regionumuzda bağlanma, maneə törətmə və ya ödəniş tələb olunması ilə bağlı heç bir təşəbbüsü dəstəkləməyəcəyik.”

Strateji əhəmiyyət

Hind okeanı ilə Sakit okeanı birləşdirən Malakka Boğazı Yaxın Şərqdəki təchizatçılarla Asiyadakı alıcılar arasında ən qısa dəniz yolunu təşkil edir. İndoneziya, Malayziya və Sinqapur arasında yerləşən bu boğaz, neft tranzit həcminə görə dünyanın ən mühüm dar keçidlərindən biri hesab olunur və yüksək strateji əhəmiyyət daşıyır.

Mövsüm,

AzNews.az