Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

ABŞ Konqresinə təqdim olunan Pentaqon qiymətləndirməsində Hörmüz boğazının minalardan tam təmizlənməsinin altı aya qədər çəkə biləcəyi bildirilib.

“The Washington Post” qəzeti bu barədə məlumat yayıb.

Qapalı brifinq çərçivəsində qanunvericilərə təqdim olunan bu hesabatda qeyd olunur ki, əsas gəmiçilik marşrutunun yenidən açılması ABŞ ilə İran arasında döyüşlərin bitməsindən sonra mümkün ola bilər.

Rəsmilər bildirib ki, İran boğaz və ətraf ərazilərdə ən azı 20 mina yerləşdirmiş ola bilər. Bu minaların bəzilərinin GPS sistemləri ilə təchiz edildiyi və buna görə aşkar edilməsinin daha çətin olduğu vurğulanıb.

Hesabatda qeyd olunur ki, bu vəziyyət qlobal enerji bazarlarında pozuntuların uzanmasına səbəb ola bilər və neft ilə benzin qiymətləri aylarla yüksək səviyyədə qala, hətta ABŞ-da aralıq seçkilər dövrünə qədər davam edə bilər.

Pentaqon isə açıqlamada bu məlumatları “dəqiq deyil” adlandıraraq təkzib edib, lakin alternativ vaxt çərçivəsi təqdim etməyib.

Mövsüm,

AzNews.az