- Dünyanın halı
- 12:53
- 2 103
Yaponiya XİN Rusiya ilə Kuril adaları ilə bağlı dialoqu bərpa etmək istədiyini bildirib
Yaponiya, ərazi məsələsi və bununla bağlı layihələr üzrə Rusiya ilə dialoqun bərpasında maraqlıdır.
Bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Motegi parlamentin yuxarı palatasının müvafiq komitəsinin iclasında bildirib.
“Bu, böyük təəssüf doğurur və biz vəziyyəti hansısa şəkildə dalandan çıxarmaq üçün imkan tapmaq istərdik. Rusiya bizim üçün qonşu dövlətdir və biz ikitərəfli münasibətləri lazımi səviyyədə saxlamağın son dərəcə vacib olduğunu hesab edirik”, — deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, Ukraynada münaqişə başladıqdan sonra Moskva ilə Tokio arasında münasibətlər xeyli mürəkkəbləşib və nəticədə ərazi məsələsi və birgə layihələrin müzakirəsi faktiki olaraq dayandırılıb.
Mövsüm,
AzNews.az