- Dünyanın halı
- 16:41
- 918
Merts: Avropa ABŞ ilə fikir ayrılıqlarına baxmayaraq, NATO-nun funksionallığını qorumağa çalışır
Yaxın Şərqdəki münaqişə ilə bağlı ABŞ ilə fikir ayrılıqlarına baxmayaraq, Avropa NATO-nun fəaliyyətini qorumaq niyyətindədir.
Aznews.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın üzvlüyü NATO-nun Avropa komponentini gücləndirib.
"Biz həqiqətən bu alyansı gələcəkdə qorumağa hazırıq", - o vurğyulayıb.
Merts qeyd edib ki, Avropa ilə ABŞ arasında fikir ayrılıqları olsa da, ortaq məqsəd İranın nüvə silahı yaratmasının qarşısını almaqdır.