Dünya Kubokunda qalmaqal: İngiltərə millisindən oğurluq edildi

2026-cı il Dünya Çempionatında İngiltərə millisi gözlənilməz problemlə üzləşib. Britaniyanın Daily Mail nəşrinin məlumatına görə, komandanın ulduz futbolçularına məxsus butslar, turnirin rəsmi topları və vacib məşq avadanlıqları oğurlanıb.

İlkin araşdırmalar zamanı təhlükəsizlik əməkdaşları oğurluq hadisəsində avadanlıqların daşınmasına cavabdeh olan sürücülərin əli ola biləcəyini istisna etmirlər. Hadisə ilə bağlı araşdırma davam edir.

Bu qalmaqal Dünya Kuboku zamanı ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib.