Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov yap.org.az saytına müsahibə verib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov yap.org.az saytına müsahibə verib.

“Dini fanatizm və xurafat əleyhinə layihələr...”

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov yap.org.az saytına müsahibə verib.

AzNews.az xəbər verir ki, o müsahibəsində fondun fəaliyyəti barəsində danışıb. O, gələcək planlara toxunub:

“Fond 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başlayıb. Fondun gördüyü ilk işlərdən biri dini qurumların vətəndaşların dini etiqad azadlığınının təmin olunması sahəsində fəaliyyətlərinin həyata keçirilməsinə dəstək olmuşdur. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi müraciətinə əsasən QMİ tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək verilməkdədir. Hazırda Azərbaycanın hər bir bölgəsində fəaliyyəyt göstərən və QMİ tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din xadiminə Fond tərəfindən hər ay maddi dəstək göstərilir. Biz mənəvi dəyərlərimizin təbliği, dini maarifləndirmə işinə geniş yer ayırırıq. Yerlərdə bu mövzularda çoxsaylı seminar və müşavirələr təşkil etmişik və bu tədbirlər hal-hazırda da davam edir. Eyni zamanda Fond tərəfindən dini icmaların dini radikalizm, dini fanatizm və xurafat əleyhinə layihələri də maliyyələşdirilir.

Fondun sifarişi ilə mənəvi dəyərlərimizi təbliğ edən sənədli filmlər və video çarxlar hazırlanır. İlin sonunadək mənəvi və dini dəyərlərimzilə bağlı mütəxəsisslərimiz tərəfindən yazılan müxtəlif kitab və kitabçalarımız nəşr olunacaqdır. ASAN radioda hər həftə Fondun maliyyələşdirdiyi “Mənəvi dəyərlərimiz” adlı veriliş efirə gedir. Bu il Ramazan ayında respublikamızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ əlilləri üçün iftar süfrələri təşkil olunub, Ramazan və Qurban bayramlarında bəzi şəhid ailələrinə ərzaq yardımları göstərilmişdir. Sentyabr ayında Fondumuz tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı bölgədə (Cocuq Mərcanlı, Fizuli, Ağdam, Tərtər, Laçın, Ağcabədi rayonlarında) məktəbə gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli forması və çantalar hədiyyə olunub. Hal-hazırda jurnalistlər arasında mənəvi dəyərlərimizlə bağlı müsabiqə təşkil etmişik və bu müsabiqə noyabr ayının sonunda başa çatacaq. İlin sonunadək müxtəlif istiqamətlərdəki layihə və tədbirlərimiz davam edəcək.

Gələn il fəaliyyətlərimizi daha da genişləndirmək istəyirik. Aidyyatı qurum və təşkilatlarla birgə fəaliyyətdə maraqlıyıq. Ailə, dini, əxlaqi, ictimai və s. dəyərlərimiz, adət-ənənələrimiz, tarixmiz və digər sahələrdə layihələr həyata keçirməyi düşünürük”.

Ədil Ədilzadə
AzNews.az