Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb

Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini yüksəldir - Deputat

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb

Azərbaycan ABŞ-ın “U.S. News & World Report” jurnalı tərəfindən açıqlanan 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında 45-ci pilləyə yüksəlib. Bu, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin iqtisadi qüdrətinin yüksəkdilməsinə, hərbi quruculuğunun gücləndirilməsinə, dünya birliyində və beynəlxalq təşkilatlarda rolunun genişləndirilməsinə və qazanılan digər uğurlara verilən yüksək qiymətlərdən biridir.

Bunu deputat Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

A.Hüseynov qeyd edib ki, Azərbaycanda həyata keçirilən islahatlar və ölkəmizin inkişafı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Ölkədə son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib. Təkcə 2019-cu ildə ölkəmizdə kifayət qədər geniş isahatlar həyata keçirilib. Cənab Prezidentin imzaladığı sosial parketlər nəticəsində ölkədə minimum əməkhaqları, pensiyalar, müavinətlər artırılıb, bu istiqamətdə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, ordumuzun gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Lakin bütün bunlara baxmayaraq, inflyasiya aşağı səviyyədə qalıb, 2,5 faiz həddini keçməyib”.

Deputat əlavə edib ki, hazırda ölkə iqtisadiyyatının da sürətlənməsi prosesi başlayıb: “Dövriyyələrin qismən "kölgədən" çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb ki, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə, ölkədə əlverişli investisiya mühiti formalaşıb. Bu, həm də Azərbaycanın neft sektorundan asılılığın sıfıra enməsinə gətirib çıxaracaq”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artıb: “Ölkəmiz dünya üçün mühüm tədbirlərə ev sahibliyi edib. Həmçinin, bu ilin oktyabr ayında dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatının zirvə toplantısı Bakıda keçirilib və bu təşkilata sədrlik Azərbaycana keçib. Əlbəttə, bütün bunlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb və Azərbaycanın bu naliyyətləri beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. ABŞ-ın “U.S. News & World Report” jurnalı da ölkəmizin bu naliyyətlərini görür və Azərbaycanı dünyanın ən güclü ölkələrinin reytinq siyahısında 45-ci pilləyə yüksəldib”.

Qeyd edək ki, Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb. (Trend)

AzNews.az