"Əfqanıstanla İran arasında gərginliklərin ara-sıra şahidi olacağıq" "Əfqanıstanla İran arasında gərginliklərin ara-sıra şahidi olacağıq"

Əfqanıstan-İran arasında toqquşmanın arxasında hansı maraqlı qüvvələr var? - AÇIQLAMA

"Əfqanıstanla İran arasında gərginliklərin ara-sıra şahidi olacağıq"

Əfqanıstan-İran sərhəddində yaşanan gərginliklə bağlı siyasi şərhçi Elman Vəliyev AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirir ki, bu kiçik gərginlik göstərir ki, iki tərəf arasında stabil əlaqələr mövcud deyil:

“Taliban hökuməti ilə İran arasında qısa bir gərginlik yaşandı. Gərginliyin səbəbi sərhəd anlaşmazlığı olub.
İranın Nirmuz bölgəsi Əfqanıstanla sərhəddə yerləşir. İran tərəfinin sərhədi pozduğunu zənn edən Taliban tərəf müqavimət göstərərək İranın bir neçə mövqeyini ələ keçirib. Ancaq tərəflər bu barədə uzlaşa biliblər.
Ümumiyyətlə, İran Taliban yeni yaranan zaman onu terror qrupu gözündə görürdü, ancaq zənn etmirdi ki, hökumətə yiyələnsin”.

Siyasi şərhçi tərəflər arasında artan gərginlikdə maraqlı olan qüvvələrdən də danışıb:

“Amerika neçə ildi bölgədə vuruşdu, ancaq sonra çəkilməyə başladı. Hesab edirəm ki, Amerika bu seqmentdə də öz siyasətini işlətdi. Amerika Əfqanıstandan çəkilərək Talibanın hakimiyyətə gəlməsinə şərait yaratdı. Amerika Talibandan İrana qarşı istifadə edə bilər. Taliban hökumətinin başda Çin olmaqla Rusiya, Pakistan, Türkiyə əlaqələri nizamlı şəkildə davam edəcək. Biz Talibanla Amerika əlaqələrində də yumşalmalar görəcəyik. Əslində belə əlaqələr var, ancaq aşkarda deyil. Amerika kimi bir dövlət boş yerə Əfqanıstandan çəkilərək Talibana şərait yaratmadı. Mütləq ki, bir bildiyi vardır. Əfqanıstanla İran arasında gərginliklərin ara-sıra şahidi olacağıq. Bu Amerika üçün avantajdır”, - deyə E. Vəliyev qeyd edib.

Şəbnəm Zahir