Vüqar İskəndərov: “Əgər bu yola maneçilik törədiləcəksə, regionda sülhdən danışmaq çətin olacaq” Vüqar İskəndərov: “Əgər bu yola maneçilik törədiləcəksə, regionda sülhdən danışmaq çətin olacaq”

Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamentlərindəndir – Deputat

Vüqar İskəndərov: “Əgər bu yola maneçilik törədiləcəksə, regionda sülhdən danışmaq çətin olacaq”


Milli Məclisin deputatı Vüqar İskəndərov AzNews.az analitik-informasiya portalına açıqlama verib.

Millət vəkili bildirir ki, 9-cu Qlobal Bakı Formu hal-hazırda dünyada çox vacib platforma kimi böyük beynəlxalq tədbirlər sırasındadır.

“Forum beynəlxalq aləmin gündəliyində duran əsas məsələrin müzakirə edildiyi platformaya çevrilib. Dünyada və Avropadakı proseslərin müzakirəsinin aparılması çox vacibdir. Qlobal Bakı Formu düşünürəm ki, bunun üçün mükəmməl platformadır.
Cənab Prezidentin də söylədiyi kimi bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv forumdur. Həmin forumda Ermənistanla sərhədlərin delimitasiyasının başlaması ilə bağlı fikirlər ifadə edildi. 30 ilə yaxın sərhədlərimizin böyük hissəsi işğal altında olub orada delimitasiya keçirilməyib. Artıq bu proses başlayıb. İlk dəfə Azərbaycan- Ermənistan sərhəd kommisiyalarının birgə iclası elə sərhədə baş tutdu. Bu irəliləyişin olacağına dair mesaj sayılmalıdır.

Ölkə başçısın vurğuladı ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanata Ermənistanın əməl edəcəyini gözləyirdik. Çox təəssüf ki, biz bunu görmürük. Orada Azərbaycanının Naxçıvan Muxtar Respublikası ilə əlaqələri olması məsələsi var. Ermənistan tərəfinin kapitulyasiya aktının imzalamasından il yarım vaxt keçməsinə baxmayaraq, bu çıxış təmin olunmayıb. Bu qəbuledilməzdir. Regionda disbalans yaradır. Ermənistandan Azərbaycanın erməni əhalisi yaşayan Qarabağ bölgəsinə maneəsiz çıxış təmin etmişik. Ermənilər Laçın yolundan istifadə edərək həmin yolu keçə bilirlər, əlaqələrə malikdirlər. Azərbaycan isə Ermənistan ərazisindən keçən yoldan bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmir”.

Millət vəkili bunun ədalətsizlik olduğunu, Azərbaycanın heç vaxt bununla razılaşmayacağını hesab edir.

“Düşünürəm ki, biz bununla bağlı məsələni qaldıracağıq. Ermənistan istəsə də , istəməsə də bu məsələ öz həllini tapacaq. Ermənistan Azərbaycanın gücün artıq yaxşı bələddir. Bu məsələ qısa zamanda həll edilməlidir. Zəngəzur dəhlizinin açılması regionda sülhün fundamentlərindəndir. Əgər bu yola maneçilik törədiliəcəksə, regionda sülhdən danışmaq çətin olacaq. Belə olduqda bizim ermənilərlə birgə yaşayış , normal qonşuluq münasibətlərinin qurulmasına kimi bütün səyləri puça çıxmış olardı. Ermənistan gecikmədən bu məsələləri həll etməlidir”-, deyə V.İskəndərov qeyd edib.


Şəbnəm Zahir