- Müşahidə məntəqəsi
- 19 Sentyabr 15:41
- 7 492
Azərbaycanın başlatdığı antiterror tədbirləri tamamilə düzgündür - Musa Qasımlı

"Türk millətlərinin bəlli bir gələnəyi var. Onlar savaşda heç bir zaman sivillərə heç bir zərər vurmazlar. Bunu bizim bütün minilliklər tariximiz göstərir. Bu gün Qarabağda başlanılan antiterror tədbirlərinin bəlli səbəbləri var. Ermənistan üçtərəfli bəyannamənin şərtlərini yerinə gətirmir. Müstəqil, suveren Azərbaycan ərazisindən özünün qanunsuz silahlı dəstələrini çıxarmayıb".
AzNews.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev "TRTHaber"ə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycan ərazisində 10 mindən yuxarı terrorçudan ibarət qanunsuz silahlı dəstələr yaradır və bütün bunlarla bərabər mülki insanlara qarşı terror həyata keçirib.
"Bilirsiniz ki, bizim polis əməkdaşları da terrorun qurbanı oldu. Belə bir şəraitdə biz Ermənistan tərəfindən qurulmuş separatçı dəstələrə qarşı antiterror tədbirlərinə başladı. Azərbaycan öz ərazisini terrorçulardan təmizləməlidir. Onsuz da dünyanın heç bir ölkəsi öz ərazisində bir separatçı qurumun, terrorçunun, bir digər ölkənin qanunsuz silahlı dəstələrinin olmasına izn verməz. Ona görə də Azərbaycanın başlatdığı antiterror tədbirləri tamamilə düzgündür və sivillərə qətiyyən zərər vurmur. Erməni tərəfi bunu etnik təmizləmə kimi qələmə verəcəkdir".