"ABŞ xalqı münaqişə ocaqları yaratmaqdan uzaq birini prezident seçməlidir” - Politoloq

“Müharibəni bütün bölgələrdə analiz etsək, görəcəksiniz ki, ABŞ yalnız müharibələrin başlanmasında maraqlı olur. Sonra müharibənin gedişatında proseslərin necə cərəyan etməsi və sonunda kimin qalib gəlməsi ABŞ üçün o qədər də maraqlı deyil. ABŞ üçün ən maraqlı tərəf istənilən bölgədə müharibənin başladılmasıdır. İstər Yaxın Şərqdə olan proseslər, istər Ukrayna, Rusiya müharibəsi və digər bölgələrdə olan müharibələrdə məhz ABŞ-nin istəyi ilə başladılmışdır.

ABŞ da kifayət qədər müsəlman yaşayır. Həmin müsəlmanların da Baydeni seçkilərdə dəstəklənməsi istənilir. Hesab edirəm ki, ABŞ-də yaşayan müsəlmanlar da çox yaxşı bilir ki, bu müharibəni başladan və davam etdirən də məhz elə Baydenin özüdür. Bayden siyasətdə, ümumiyyətlə, iflasa uğrayıb. Eyni zamanda Yaxın Şərqdə genişmiqyaslı müharibənin aparılması və bir tərəfdən İsraili dəstəkləyib, digər tərəfdən isə HƏMAS-a müəyyən təzyiqlər göstərmək adı ilə maraqlı bir gedişlər etməsi də gözdən qaçmır. Bunu mütəxəssislər çox yaxşı görə bilirlər. İsrail müharibəni özü aparacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.

Siyasi şərhçi qeyd edib ki, İsrailə yalnız siyasi dəstək lazımdır və bunu da ABŞ hər zaman verib.

“Çünki ABŞ-də ən yüksək vəzifəli, sənədli şəxslər məhz yəhudi əsilli şəxslərdir. Orada müharibə yalnız İsrail və HƏMAS arasında getmir. Eynilə böyük güclərin müharibəsi gedir və ABŞ-nin mütləq şəkildə maraqları var. Maraqları əldə edənə qədər müharibənin davam etməsini istəyəcək. Sözdə isə silah satmağı, verməyi azaldacaq bəyanatları yalnız və yalnız gözdən pərdə asmaq üçün bir məsələdir. ABŞ orada öz istəyinə çatmayana qədər müharibədən əlini çəkəsi deyil. Hesab edirəm ki, yaxın aylar ərzində müxtəlif bölgələrdə də yeni müharibə ocaqları yaranacaq. ABŞ yenə də öz təsirini göstərəcək. Əlbəttə, əgər Bayden seçkilərdə qalib gələrsə, ABŞ xalqı Baydeni tezliklə hakimiyyətdən kənarlaşdırmalı və müharibədən, münaqişə ocaqları yaratmaqdan uzaq olan bir şəxsin prezident seçməlidirlər”.

Rəfiqə NAMAZƏLİYEVA