- Müşahidə məntəqəsi
- 8 Oktyabr 20:40
- 1 871
“İpoteka yalnız kreditin təminatıdır, evin keyfiyyətinə təsir etmir” -Ramil Süleymanov

“İpoteka ilə alınan ev adi qaydada alınan evdən heç bir fərqlənsə də, ipoteka yalnız mənzilin alınması üçün verilən kreditin təminatıdır. Bu o deməkdir ki, alıcı və ya satıcı tərəfindən təqdim olunan mənzilin komponentlərində, ölçülərində və texniki təchizatında hər hansı bir pozuntu baş verərsə, ipoteka kreditini götürən şəxs həmin qüsurların aradan qaldırılmasını tələb etmək hüququna malikdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.
Qeyd edək ki, Azərbaycanda mənzil bazarında qiymətlərin artması və ipoteka kreditlərinə tələbatın yüksəlməsi mənzil hüquqları məsələlərini yenidən aktuallaşdırıb. Sosial mənzillərin paylanması, yeni tikililərdə vətəndaşların hüquqlarının qorunması və ipoteka öhdəlikləri ilə bağlı şikayətlər artıb. Mütəxəssislər hüquqi tənzimləmələrin şəffaf və ədalətli olmasının vacibliyini vurğulayırlar.
Hüquqşünas bildirib ki, əgər qüsurlar vaxtında aradan qaldırılmasa, alıcı mənzilin geri qaytarılmasını tələb edə, əvvəlcədən ödənilmiş pulun geri alınmasını tələb edə və ya alternativ mənzillə təmin olunma hüququndan yararlana bilər.
“Bu hüquqlar, alıcının maliyyə və mənzil maraqlarının qorunmasını təmin edir və həm alıcı, həm də satıcı üçün aydınlıq yaradır. Qüsurlar aşkarlandıqda onları dərhal satıcıya və ya müvafiq quruma bildirmək vacibdir. Bu, alıcının hüquqlarının qorunmasına xidmət edir və tərəflər arasında mübahisələrin qarşısını alır. Həmçinin, məsələnin vaxtında və düzgün həlli həm alıcı, həm də satıcı üçün ədalətli nəticənin əldə olunmasına kömək edir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az