- Müşahidə məntəqəsi
- 21:03
- 1 336
“QR sistemi post terminalları əvəz etmir, dəstəkləyir” - Xalid Kərimli

“İnternetin çökməsi post terminal vasitəsilə ödənişdə problem yarada bilər. Lakin bu, QR kodla ödəniş sisteminə aid deyil. QR kodla ödəniş post terminala ehtiyac yaratmır. Əksinə, QR kodla ödəniş sahibkarların post terminallara çəkdiyi xərcləri aradan qaldırır. Mobil telefonlar vasitəsilə QR koddan ödəniş etmək mümkündür və bu sistem Çin kimi ölkələrdə uzun müddətdir tətbiq olunur. Bu sahibkarlara öz bank hesablarına rahat və sürətli ödəniş almaq imkanı verir. İnternetin çökməsi məsələsi post terminallarda da mövcuddur, lakin QR ödəniş sisteminə bunun heç bir təsiri yoxdur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) QR kod vasitəsilə ödəniş sistemlərini genişləndirməyi planlaşdırır. Lakin bəzi bölgələrdə internetin zəif olması və post terminaların tez-tez işləməməsi bu sistemin effektivliyinə təsir göstərə bilər.
Ekspert qeyd edib ki, QR ödəniş sisteminin inkişafı doğru yoldur.
“Post terminalların fəaliyyəti və internet problemləri QR ödənişi ilə bağlı deyil. QR kod sistemi sahibkarlara əlavə post terminal almağa ehtiyac yaratmır. İnfrastruktur baxımından isə QR ödəniş sistemi üçün yeni dəyişikliklərə ehtiyac yoxdur; mövcud infrastruktur, mərkəzləşdirilmiş banklarla birlikdə kifayətdir. Yəni, post terminaldan ödəniş internet pis olanda da həyata keçirilə bilər. QR ödənişi isə bu problemi aradan qaldırır. Əlavə olaraq, QR ödəniş sistemi post terminalları tamamilə əvəz etmir, lakin onlardan istifadəni dəstəkləyir. Sahibkarlar həm post terminal, həm də QR kod vasitəsilə ödəniş qəbul edə bilərlər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az