"Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev reket jurnalisti himayə edir". "Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev reket jurnalisti himayə edir".

Reket jurnalistin hamisi Mehman Əliyevdir – Baş redaktor şok faktlar açıqladı

"Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev reket jurnalisti himayə edir".

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Feysbuk” hesabında son vaxtlar hüquq-mühafizə orqanları və Mətbuat Şurası səviyyəsində reket jurnalistika ətarfında aparılan təmizləmə işlərilə bağlı müəllif yazısında maraqlı faktlar açıqlayıb. Jurnalist həmin yazıda şəxsən özünün də hazırda barələrində araşdırılma aparılan şəbəkənin şantajlarına tuş gəldiyini və ciddi zərər çəkdiyini faktlarla sübuta yetirir, həmçinin məlum şəbəkə barədə ətraflı bilgilər verir.

AzNews.az həmin yazıdan bəzi məqamları təqdim edir:

"Yenidən heç də xoşlamadığım bir mözüya qayıtmalı oldum. Görürəm ki, bir neçə aydır məni hədəfə alan, təhqir edən, hətta səhətimə ağır zərbə vuran “jurnalistlər” və onlara havadarlıq edənlərdən ibarət olan şəbəkə sakitləşmək istəmir. Artıq onlarla sivil yollarla mübarizə aparmaq mümkünsüz hala çevrilib. “Feysbuk” səhifəmdə yazdıqlarım durur, istəyən baxa bilər. Onların mütəşəkkil bir dəstə olduğunu dəfələrlə yazmışam. Çünki analiz etmək, əldə etdiyim informasiyaları təhlil edib doğru rəyə gəlmək mənim üçün elə də çətin deyil. Yəqin təxmin etdiniz ki, söhbət indiyə kimi ciddi jurnalist cameəsində adı tanınmayan və yalnız mənimlə məqsədli və təşkil olunmuş şəkildə, başqalarının təhriki ilə qalmaqala soxuşdurulan, bunun da nəticəsində iç üzü tam açılan demokratik.az saytının Baş redaktoru Osman Nərimanoğlundan gedir".

Jurnalist yazır ki, bu ilin avqust ayında ona bir zəng gəlib. Zəng edən adam bildirib ki, onun “Feysbuk” səhifəsində çox təhlükəli bir xəbər paylaşılıb:

"Dərhal səhifəmə girdim və gördüm ki, hazırda DTX-nın reketlik ittihamı ilə həbs etdiyi reallıq.info saytının baş redaktoru İkram Rafiqoğlunun yazdığı yazıda adım işarələndiyi üçün, paylaşım mənim də səhifəmə düşüb. Paylaşımı səhifəmdən sildim və yazdığım rəydə belə yazı üslubunu jurnalistə yaraşdırmadığımı qeyd etdim. Elə həmin şərhə görə də, İkram Rafiqoğlu ilə aramızda bərk mübahisə yarandı və nəticədə o, məni bloka saldı. Telefon nömrəsini tapıb, ona zəng etdim. Görüşüb məsələni aydınlaşdırmaq qərarına gəldik. Həmin görüşdə gördüm ki, sən demə, İkram mənim jurnalist fəaliyyətimi ciddi izləyirmiş və oradakı bəzi məqamlar onu heç də qane etmirmiş. O, bir müddət əvvəl mənim Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barədə yazdığım tənqidi yazıya ciddi iradını bildirdi".

M.Qəribli yazır ki, onun həbs təhlükəsindən sığortalanmaq üçün ilk seçdiyi ünvan və ağuşuna qaçdığı adam məhz Mehman Əliyev olduğundan bir çox təxminləri də özünü doğruldub:

"Çox maraqlıdır ki, Osman Nərimanoğlu yazdığı yazıda açıq mətnlə onun müdafiəsinə qalxıb, hətta İkram və reket media ilə bağlı televiziyalarda ictimai müzakirələr aparan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvlərini belə mövqe tutduqlarına görə təhqir edir. Həmin yazıya baxın və anliz edin, görək bu adam belə gücü, cəsarəti haradan alır ki, reket media ilə mübarizə aparanlara açıq meydan oxuyur, onları şantaj və təhqir edir…".

AzNews.az