Bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır - Qənirə Paşayeva

Qənirə Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının (BPW) prezidenti Amany Asfour ilə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour, Beynəlxaq Federasiyanın Nepal üzrə prezidenti Ambica Şrestra, Beynəlxalq Federasiyanın Yeni Zelandiya üzrə prezidenti Hellen Svales, Beynəlxalq Federasiyanın Bəhreyn üzrə prezidenti Şaixa Hind Bint Salman Əl-Xəlifə, Beynəlxalq Federasiyanın BMT üzrə vitse-prezidenti Katrin Bosşart, Beynəlxalq Federasiyanın vitse-prezidenti Susan Cons, Beynəlxalq Federasiyanın Asiya-Sakit okean üzrə regional koordinatoru Dr. Narudee Kiengsiri ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüş zamanı onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verilib.

Millət vəkili Qənirə Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı da məlumatlar verib, fikir mübadiləsi aparılıb.

O bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır.

İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları barədə də geniş məlumatlar verib.

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour, Amany Asfour, Beynəlxaq Federasiyanın Nepal üzrə prezidenti Ambica Şrestra, Beynəlxalq Federasiyanın Yeni Zelandiya üzrə prezidenti Hellen Svales, Beynəlxalq Federasiyanın Bəhreyn üzrə prezidenti Şaixa Hind Bint Salman Əl-Xəlifə, Beynəlxalq Federasiyanın BMT üzrə vitse-prezidenti Katrin Bosşart, Beynəlxalq Federasiyanın vitse-prezidenti Susan Cons, Beynəlxalq Federasiyanın Asiya-Sakit okean üzrə regional koordinatoru Dr. Narudee Kiengsiriyə təqdim edən millət vəkili onları Azərbaycana dəvət edib və “sizlərii hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib. "Azərbaycanla əməkdaşlığı genişləndirməkdə çox maraqlıyıq" deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour, Amany Asfour, Beynəlxaq Federasiyanın Nepal üzrə prezidenti Ambica Şrestra, Beynəlxalq Federasiyanın Yeni Zelandiya üzrə prezidenti Hellen Svales, Beynəlxalq Federasiyanın Bəhreyn üzrə prezidenti Şaixa Hind Bint Salman Əl-Xəlifə, Beynəlxalq Federasiyanın BMT üzrə vitse-prezidenti Katrin Bosşart, Beynəlxalq Federasiyanın vitse-prezidenti Susan Cons, Beynəlxalq Federasiyanın Asiya-Sakit okean üzrə regional koordinatoru Dr. Narudee Kiengsiri Azərbaycana səfər etməkdən məmnuniyyət duyacaqlarını və rəhbərlik etdikləri təşkilatlarla Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə çalışacaqlarını deyiblər.

Azərbaycan qadınlarını bu beynəlxalq platformada da aktiv görmək istəyirik deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour, Beynəlxaq Federasiyanın Nepal üzrə prezidenti Ambica Şrestra, Beynəlxalq Federasiyanın Yeni Zelandiya üzrə prezidenti Hellen Svales, Beynəlxalq Federasiyanın Bəhreyn üzrə prezidenti Şaixa Hind Bint Salman Əl-Xəlifə, Beynəlxalq Federasiyanın BMT üzrə vitse-prezidenti Katrin Bosşart, Beynəlxalq Federasiyanın vitse-prezidenti Susan Cons, Beynəlxalq Federasiyanın Asiya-Sakit okean üzrə regional koordinatoru Dr. Narudee Kiengsiri ölkəmizdə qadınlarla bağlı həyata keçirilən layihələri maraqla dinlədikləriini və məmnuniyyətverici olduğunu deyiblər və Azərbaycan qadınlarına uğurlar diləyiblər.

Görüşlərdə Azərbaycandan bir qrup fəal qadın - Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova iştirak ediblər.

AzNews.az