"Ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməsidir". "Ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməsidir".

“Siqaret çəkənlər Həcc ziyarətinə getməsin!" - Fazil Mustafa bu təklifi dəstəklədi

"Ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməsidir".

“Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Türkiyə cəmiyyətində gənc qızıların kütləvi şəkildə siqaret çəkməsinin əleyhinə olduğunu qeyd edib:

“Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə, Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir? Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın. İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi. Əlbəttə, bu da bir gerçək haldır, lakin xərçəngə insanı ən çox yaxınlaşdıran şeyin siqaret olduğunu alimlər müəyyənləşdiriblər. Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməsidir. Universitetin qarşısında onlarla qızın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışların qarşısını almağa səy göstərmirlər? Azərbaycanda heç olmazsa, bu cür toplum içində qızlar açıq formada siqaret çəkməyə risk etmirlər. Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda zorluq çəkirəm. İmandan danışa-danışa, bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin, fikrimcə, birinci şərtidir. Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni siqaret çəkən din adamlarının Həcc ziyarətinə aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram.

Fazil Mustafa bunu tərbiyəvi məqsədlə atılan bir addım hesab edib.

Bahar RÜSTƏMLİ
AzNews.az