Vəkillərimiz artıq İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər Vəkillərimiz artıq İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər

Vəkillərimiz artıq Böyük Britaniya yurisdiksiyasında vəkilliyə qəbul oluna biləcəklər

Vəkillərimiz artıq İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər

Bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Böyük Britaniyanın vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, artıq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.

Böyük Britaniyada vəkilliyə qəbul olmaq üçün azərbaycanlı hüquqşünaslar aşağıdakı meyarlara cavab verməlidirlər:

- Namizəd Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalıdır;
- Namizəd Azərbaycan Respublikasının bütün ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmalıdır;
- Vəkil olaraq qəbul edilmək üçün möhkəm xarakterə və yüksək keyfiyyətlərə sahib olmalıdır;
- İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS - keçid) adlı imtahanları uğurla keçməlidir.

Qeyd olunmalıdır ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirməkdədir. Təşkilatın saytı ilə buradan tanış olmaq mümkündür.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının qeyd olunan yurisdiksiyada tanınması faktı öz təsdiqini Vəkilliyin Tənzimlənməsi Təşkilatının (SRA) rəsmi internet səhifəsində tapmışdır - keçid (barassociation.az)

AzNews.az