Bu barədə parlament sədrinin kabinetindən məlumat verilib Bu barədə parlament sədrinin kabinetindən məlumat verilib

Gürcüstan parlamentinin sədri Bakı səfərini yarımçıq qoyaraq geri qayıtdı - YENİLƏNİB

Bu barədə parlament sədrinin kabinetindən məlumat verilib

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdıb.

Bu barədə parlament sədrinin kabinetindən məlumat verilib.

Nümayəndə heyətinin bir qisminin də parlament sədri ilə birlikdə geri qayıtdığı bildirilir.

20 iyun 21:30

Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin Bakıda rəsmi səfəri davam edir və onun səfər proqramına heç bir dəyişiklik edilməyib.

İnterPressNews saytına istinadən xəbər verilir ki, bu barədə parlament spikerinin kabinetindən məlumat verilib.

Parlament sədrinin səfər proqramında göstərildiyi kimi, o, iyunun 22-də Gürcüstana qayıdacaq.

Qeyd edək ki, onun daha öncə səfəri yarımçıq qoyub Tbilisiyə qayıtdığı bildirilmişdi.

18:52

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdır.

“Georgia Online”a istinadən xəbər verilir ki, Tbilisiyə qayıdan kimi o, istefa haqda bəyanat verəcək.

Məlumata görə, istefa ilə bağlı qərar artıq qəbul edilib və yaxın saatlarda səsləndiriləcək.

Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. (APA)