Qənirə Paşayeva İsveçrədə bir sıra görüşlər keçirdi - FOTOLAR

Q.Paşayeva görüşlərin sonunda onlara kitab, sənədli film və materialları təqdim edib

Millət vəkili Qənirə Paşayeva İsveçrənin vitse prezidenti, təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.

İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruga, İsveçrənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Q.Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Q. Paşayeva Azərbaycanın İsveçrə ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçünböyük potensial olduğundan danışıb. Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə bağlı, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruga, İsveçrənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıb. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

AzNews.az

image description image description