Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib

QMİ-nin Rusiyada nümayəndəliyi qeydiyyata alındı

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu ölkədəki nümayəndəliyini qeydiyyata alıb.

Bu barədə idarədən məlumat verilib.

QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəliyi bir xarici dini qurumun Rusiya ərazisində rəsmi olaraq qeydiyyata alınan ilk və yeganə nümayəndəliyidir.

Qeyd edək ki, QMİ-nin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Allahşükür Paşazadədir. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilib.