"Dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb" "Dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb"

Erkan Özoral: “Bu xəbər həqiqəti əks etdirmir”

"Dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb"

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə Azərbaycan vətəndaşlarının xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Xəbər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".

AzNews.az