O, son olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb O, son olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb

İlham Əliyevin vəzifə verdiyi polkovniki siz də tanıyın

O, son olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb

Ağsu Rayon İcra Hakimiyyəti bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı avtobioqrafik məlumatları öz saytında yerləşdirib.

Saytın yazdığına görə, Vahid Tağıyev 1961-ci ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib. Həmin ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlayıb, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlib.

1984-1987-ci illərdə Göyçay rayonu “Leninqrad” südçülük sovxozunda azad komsomol komitə katibi, 1987-2016-ci illərdə təhlükəsizlik orqanlarında işləyib.

2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib. 2018-2019-cu illərdə Yeni Həyat Şirkətlər Qrupu MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək Azərenerji ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb.

30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, V.Tağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini daşıdığı bildirilib. V.Tağıyev son olaraq DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. (Axar.az)