Təhsil naziri açıqlama verib Təhsil naziri açıqlama verib

Bu həftəsonu tədris hökumətin qərarına əsasən təşkil olunacaq - Ceyhun Bayramov

Təhsil naziri açıqlama verib

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar qeyri-iş günlərinin yerinin dəyişdirilməsinə görə ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq".

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir xatırladıb ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib:

"Yanvarın 6-sı da daxil olmaqla ölkədə qeyri-iş günləri olacaq". (Report)

AzNews.az