Azərbaycanda vəkillərin peşə bayramı günüdür

Vəkilliyin 100 illik yubileyi, Qanunun qəbul edilməsinin 20 illiyində "Vəkil günü" təsis edilməsi vəkillər üçün əsl bayrama çevrilib

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkilllər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov xatırladıb ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib.

"Bu, bizim üçün çox sevindiricidir və hesab edirik ki, ölkə başçısı tərəfindən vəkillərə verilən qiymətin nəticəsidir. Vəkillər və vəkillik haqqında" Qanun 28 dekabr 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Vəkilliyin 100 illik yubileyi, Qanunun qəbul edilməsinin 20 illiyində "Vəkil günü" təsis edilməsi vəkillər üçün əsl bayrama çevrilib ".

Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Onun sözlərinə görə. Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, vətənin müdafiəsi və dövlətimizin suverenliyi uğrunda canından keçən şəhidlərinizin məzarları çiçıklər, Şəhidlər abidəsinin qarşısına əklil qoyulub. (Report)

AzNews.az

image description image description