“Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq” “Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq”

ÜST rəsmisi: “Pandemiya bitənə qədər özümüzü qorumalıyıq”

“Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq”

“Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq”.

AzNews.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

ÜST rəsmisi qeyd edib ki, vaksinlə bağlı dünyada 100-dən çox sınaq aparılıb: “Bir vaksin tamamilə etibarlı deyilsə, geniş əhaliyə tətbiq etmək olmaz. Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlaşdırırıq. Karantin rejiminin yumşaldılması virusun bitməsi mənasına gəlmir. Tövsiyə edilən qaydalara əməl edib, pandemiya bitənə qədər özümüzü qorumalıyıq”.