- Qərb
- 09:40
- 830
Donald Tramp: "ABŞ Kubanı dərhal öz nəzarətinə alacaq"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, ABŞ-nin Kubanı dərhal öz nəzarəti altına almağı planlaşdırdığını bildirib.
AzNews.az xəbər verir ki, o bu barədə Florida ştatının Uest-Palm-Biç şəhərində yerli "Forum" klubunun üzvləri qarşısında çıxışı zamanı danışıb. Ağ Ev lideri Kubanın adını çəkərək qeyd edib ki, ABŞ oranı çox qısa müddətdə nəzarətə götürəcək.
"Kubanın problemləri var. Lakin ilk növbədə biz bir məsələni həll edəcəyik. İrandan qayıdarkən ABŞ-nin nəhəng təyyarədaşıyan gəmilərindən biri, ehtimal ki, dünyanın ən böyüyü olan "USS Abraham Lincoln" sahilə təxminən 100 yard (təqribən 90 metr) məsafəyə qədər yaxınlaşacaq və onlar "Çox sağ olun, biz təslim oluruq" deyəcəklər.
Qeyd edək ki, martın 5-də ABŞ dövlət başçısı bəyan edib ki, rəsmi Vaşinqton İrana qarşı hərbi əməliyyatlar başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək siyasət kursunu müəyyənləşdirmək niyyətindədir. Bundan əvvəl, o, ABŞ-nin təzyiqi nəticəsində Venesueladan ada dövlətinə neft tədarükünün dayandırılmasından sonra Kubanın iqtisadiyyatının və hökumətinin çökmək üzrə olduğunu dəfələrlə vurğulayıb. Fevralın 27-də isə Tramp bildirib ki, Birləşmiş Ştatlar Kuba üzərində "dostcasına" nəzarət qura bilər.